bakida-karantin-postlari-yeniden-qurulur

Bakıda karantin postları yenidən qurulur

Paytaxtda sərt karantin rejimi ilə əlaqədar postlar yenidən qurulur.

İnsider.az xəbər verir ki, zərurət olan ərazilərdə postlar yenidən bərpa olunur.

Bəzi yerlərdə marşrut postları fəaliyyət göstərir. 

Daxili işlər orqanlarının əməkdaşları və DİN-in Daxili Qoşunlarının hərbi qulluqçuları tərəfindən sərt karantin elan olunan ərazilərdə, yollarda, hətta məhəllədaxili hissələrdə nəzarət gücləndirilib. 

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi iyulun 2-də ölkəmizdə tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar Bakı şəhərinin giriş və çıxışları istisna olmaqla, küçə və prospektlərdə quraşdırılmış polis postlarını ləğv edib.

Oxu.Az