bakida-formula-1-heyecani-baslayir

Bakıda “Formula-1” həyəcanı başlayır

Bu gün Bakıda “Formula-1” SOCAR Azərbaycan Qran-Prisinin ilk yarış günü başlayır.

İnsider.az xəbər verir ki, uzunluğu altı kilometrdən bir qədər çox olan trasda bu gün hər biri iki pilotla təmsil olunan 10 komanda yarışacaq. 

Bu gün Bakı Şəhər Halqasında “Formula-2” bolidlərinin sərbəst yürüşü, həmçinin, F2 pilotlarının sıralama yarışı keçiriləcək.

Həmçinin, gün ərzində Bakı trekində “Formula-1” bolidlərinin birinci və ikinci sərbəst yürüşləri baş tutacaq.

Bakıda sayca dördüncü dəfə keçirilən yarış aprelin 28-dək davam edəcək.