bakida-27-yasli-oglan-evinde-yanaraq-olub

Bakıda 27 yaşlı oğlan evində yanaraq ölüb

Bakıda ölümlə nəticələnən yanğın hadisəsi baş verib.

Hadisə Səbail rayonu G.Əliyev küçəsi dalan 4, ev 16s ünvanında qeydə alınıb.

Nəticədə evdə yaşayan 1997-ci il təvəllüdlü Viktor Trukin köməksiz vəziyyətdə qalaraq ölüb.

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) Əməliyyat-İstintaq Baş İdarəsində araşdırma aparılır.

Qafqazinfo