bakida-20-avtobus-marsrutunun-yolu-deyisdi-siyahi

Bakıda 20 avtobus marşrutunun yolu dəyişdi - SİYAHI

Aprelin 27-dən 20 müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində müvəqqəti dəyişiklik ediləcək.

İnsider.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.

BNA rəsmisinin sözlərinə görə, bunlar 22, 24, 35, 40, 49, 55, 57, 60, 76, 78, 105, 106, 113, 141, 185, 186, 191, 208, 209 və 213 nömrəli avtobuslardır:

“Dəyişiklik Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində aparılan yenidənqurma işləri ilə əlaqədar hərəkətin tam olaraq məhdudlaşdırılması ilə əlaqədardır. Qeyd edilən tarixdən bu xətt üzrə avtobuslar alternativ olaraq, X.Xasməmmədov və L.Məmmədbəyli küçələrindən keçməklə  fəaliyyət göstərəcəklər”.

O qeyd edib ki, dəyişiklik məhdudiyyət tam aradan qalxanadək qüvvədə olacaq.