azerpoct-7-milyon-manata-yaxin-kompensasiya-odeyib-problemli-kreditler

“Azərpoçt” 7 milyon manata yaxın kompensasiya ödəyib - PROBLEMLİ KREDİTLƏR

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC son 2 gündə (aprelin 22-23-də) bank olmayan kredit təşkilatlarının və ləğv prosesində olan bankların dollar kreditləri üzrə 240 12 müştərisinə 6 580 842 manat kompensasiya ödəyib.

İnsider.az xəbər verir ki, bu barədə şirkətin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Gözəlova məlumat verib.

Onun sözlərinə görə, bunlar alacağı məbləğ 500 manatdan az olan müştərilərdir. Onlara ödəniş 1 497 poçt şöbəsinə həyata keçirilib.

“Mayın 1-dən sonra kompensasiya məbləği 500 manatdan çox olan müştərilərə xidmət göstəriləcək. Onlar ödənişlərini qeyri-nağd formada (kartla) 77 poçt şöbəsində ala biləcəklər”, - deyə “Azərpoçt” rəsmisi qeyd edib.

©Report