azerbaycanli-turistlerin-en-cox-getdiyi-xarici-olkeler-siyahi

Azərbaycanlı turistlərin ən çox getdiyi xarici ölkələr - SİYAHI

Yay fəsli ilə əlaqədar insanlar istirahət üçün müxtəlif ölkələrə üz tutur. Azərbaycandan da mövsümü xaricdə keçirənlər az deyil. Bəs istirahət üçün hansı ölkələrə daha çox üstünlük verilir? 

İnsider.az xəbər verir ki, bu barədə  Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov danışıb.

“İstirahət üçün üz tutulan ölkələrin içərisində birinci yeri Türkiyə tutur. Bu ölkəyə yayda səfər edənlər əsasən Antalya, Quşadası, Ege adası, Aralıq dənizi sahillərinə üz tuturlar. Lakin Türkiyə ilə bərabər Avropanın bir sıra ölkələrinə - Almaniya, İtaliya, Fransaya da səyahət edənlər az deyil. Rusiya, Gürcüstan, Ukrayna (Ukraynanın müalicə-kurort şəhərləri), Birləşmiş Ərəb Əmirliyi (Dubay şəhəri) də azərbaycanlı turistlərin  tez-tez müraciət etdiyi ərazilər sırasındadır”.

M.Ağakərimov bildirir ki, bəzi insanlar yayda müalicə məqsədilə də məcburən xaricə üz tuturlar.

©Modern.az