azerbaycanin-idxalinda-aprel-rekordu

Azərbaycanın idxalında aprel rekordu

2019-cu ilin yanvar-aprel aylarında Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 11 milyard 639 milyon 381  min ABŞ dolları təşkil edib.

İnsider.az xəbər verir ki,  Dövlət Gömrük Komitəsinin aylıq hesabatında verilən məlumata görə  idxal əməliyyatları üzrə 4 milyard 549 milyon 421 min ABŞ dolları, ixrac əməliyyatları üzrə 7 milyard 89 milyon 960 min ABŞ dollar ticarət aparılıb. Saldo müsbət 2 milyard 540 milyon 538 min ABŞ dolları olub.

Apreldə ixrac 2 milyard 605 milyon 407 min dollar, idxal 1 milyard 425 milyon 97 min dollar, saldo müsbət 1 milyard 180 milyon 310 min dollar təşkil edib.

Martda ixrac 1 milyard 332 milyon 607 min dollar, idxal 969 milyon 176 min dollar, saldo 363 milyon 432 min dollar təşkil etmişdi. Beləliklə, aylıq müqayisədə saldo 3,6 dəfə artıb.

Apreldə qeydə alınmış idxal (1 milyard 425 milyon 97 min dollar ) 2019-cu ildə ən böyük aylıq idxaldır (2019-un rekordu). Yanvarda idxalın dəyəri 1 milyard 22 milyon 614 min dollar, Fevralda 1 milyard 132 milyon 534 min dollar, Martda isə 969 milyon 176 min dollar təşkil etmişdi.