azerbaycanda-yeni-elektron-hokumet-portali-ise-salinacaq

Azərbaycanda yeni elektron hökumət portalı işə salınacaq

Gələn ay Azərbaycanda yeni elektron hökumət portalı (mygov.az) işə salınacaq.

İnsider.az xəbər verir ki, bunu jurnalistlərə Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov deyib.

O qeyd edib ki, “mygov.az” saytında “ASAN Pay” xidmətlərindən yararlanmaq mümkün olacaq. Portal vasitəsilə vətəndaşlar sistemə qoşulmuş müxtəlif struktur və şirkətlərin xidmətlərindən istifadə edəcək.

Onun sözlərinə görə, hazırda xidmətlərin sayta qoşulması üzrə işlər başa çatdırılır.

“ASAN Pay” bank, mobil, kommunal, lizinq, vergi, miqrasiya, məhkəmə kimi xidmətlər daxil olmaqla 541 növ xidmət üzrə ödəniş etməyə imkan verəcək.

Bu günə qədər 10 mindən çox “ASAN Pay” ödəmə terminalı quraşdırılıb.

© Trend