azerbaycanda-pul-bazasi-14-artib

Azərbaycanda pul bazası 14% artıb

Bu ilin iyunun 1-nə Azərbaycanda pul bazası 11 095,96 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 14% çoxdur. İnsider.az bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) yaydığı statistikaya istinadən xəbər verir.

Statistikaya əsasən, aprel ayı ilə müqayisədə cari ilin may ayında Azərbaycanda pul bazası 10,8% artıb.

Qeyd edək ki, pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının sərbəst bank və məcburi ehtiyatları) daxildir.

©“APA-Economics”