Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 689 yeni yoluxma faktı qeydə alınıb, 1816 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 18 nəfər vəfat edib.
Xatırladaq ki, 30 sentyabr 2021-ci il tarixində 774 yoluxma faktı və 12 ölüm qeydə alındığı açıqlanmışdı. 13 Dekabr 2020-ci il tarixində açıqlanmış fakt (4451) bugünədək qeydə alınmış ən yüksək günlük yoluxma sayı idi.
XXX
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 68 732 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 16 611, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 52 121 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 8 623 360, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 778 843, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3 844 517 təşkil edir.
01.10.2021 17:00