azerbaycanda-koronavirus-ile-bagli-son-veziyyet-aciqlandi

Azərbaycanda koronavirus ilə bağlı son vəziyyət açıqlandı

Azərbaycanda bu gün koronavirus infeksiyasına 2 317 yeni yoluxma faktı qeydə alınıb, 2 109 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 36 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 294 211 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 257 942 nəfər müalicə olunaraq sağalıb, 4 045 nəfər vəfat edib. 32 224 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 207, bu günə qədər isə ümumilikdə 3 068 679 test icra olunub.

14 Aprel 2021-ci il tarixində 2293 yoluxma faktı qeydə alındığı açıqlanmışdı.

13 Dekabr 2020-ci il tarixində açıqlanmış fakt (4451) bugünədək qeydə alınmış ən yüksək günlük yoluxma sayı idi.