azerbaycanda-koronavirus-ile-bagli-son-veziyyet-aciqlandi

Azərbaycanda koronavirus ilə bağlı son vəziyyət açıqlandı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2557 yeni yoluxma faktı qeydə alınıb, 3592 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 39 nəfər vəfat edib.

07 sentyabr 2021-ci il tarixində 2447 yoluxma faktı və 41 ölüm qeydə alındığı açıqlanmışdı.

13 Dekabr 2020-ci il tarixində açıqlanmış fakt (4451) bugünədək qeydə alınmış ən yüksək günlük yoluxma sayı idi.