azerbaycanda-her-bir-sexse-dusen-borcun-hecmi-aciqlandi

Azərbaycanda hər bir şəxsə düşən borcun həcmi açıqlandı

1 yanvar 2019-cu il tarixinə Azərbaycanın dövlət borcu 16 mlrd. 496,2 mln. manat təşkil edib.

İnsider.az xəbər verir ki, dövlət borcunun 2018-ci il üzrə proqnozlaşdırılmış ÜDM-ə nisbəti 20,7%-i səviyyəsində olub.

1 yanvar 2019-cu il tarixinə dövlət borcunun 92%-i (15 mlrd. 176 mln. manat) xarici borc, 8%-i (1 mlrd. 320,2 mln. manat) – daxili borcun payına düşüb. Eyni zamanda, ötən il xarici borcun həcmi 5% azalıb, daxili borc isə 28,3% artıb.

2018-ci ilin sonuna adambaşına dövlət borcunun həcmi 1 653,9 min manat olub.