azerbaycanda-ehalinin-gelirleri-azalib

Azərbaycanda əhalinin gəlirləri azalıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 7 milyard 979,9 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,2 % azdır.

Son 1 ildə ölkədə adambaşına düşən nominal gəlir isə 4,7 % azalaraq 797,8 manata çatıb.