azerbaycanda-daha-dord-nefer-koronavirusdan-oldu-129-yeni-yoluxma-foto-video

Azərbaycanda daha dörd nəfər koronavirusdan öldü: 129 yeni yoluxma - FOTO/VİDEO

Azərbaycanda koronavirus infeksiyasına 129 yeni yoluxma faktı qeydə alınıb, 421 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında operativ qərargahdan məlumat verilib. 

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış dörd nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6872 test aparılıb.

Aktiv xəstə sayı isə 3197 nəfərdir.