azerbaycanda-daha-2-187-nefer-koronavirusa-yoluxub-29-nefer-vefat-edib

Azərbaycanda daha 2 187 nəfər koronavirusa yoluxub, 29 nəfər vəfat edib

Azərbaycanda son sutkada koronavirus infeksiyasına daha 2 187 yeni yoluxma faktı qeydə alınıb, 634 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Son sutkada 29 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 95 281 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 64 475 nəfər müalicə olunaraq sağalıb, 1 160 nəfər vəfat edib, aktiv xəstələrin sayı 29 646 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 784, ötən müddət ərzində isə ümumilikdə 1 617 239 test aparılıb.