azerbaycanda-bir-deqiqelik-sukut-olacaq-serencam

Azərbaycanda bir dəqiqəlik sükut olacaq -SƏRƏNCAM

Prezident İlham Əliyev "Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncam" imzalayıb.

İnsider.az xəbər verir ki, Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, canlarını Azərbaycan Respublikasının ərazi bütövlüyü yolunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini yad etmək məqsədilə qərara alıram: 

- Azərbaycan Respublikasında Vətən müharibəsi şəhidlərinin xatirəsini yad etmək məqsədilə 2020-ci il dekabrın 4-də saat 12:00-da bir dəqiqəlik sükut elan edilsin.

- Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.