azerbaycanda-aqrar-sektor-4-e-yaxin-boyuyub

Azərbaycanda aqrar sektor 4%-ə yaxın böyüyüb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 894,2 mln. manat təşkil edib ki, onun da 36,5 mln. manatı bitkiçilik, 857,7 mln. manatı isə heyvandarlıq məhsullarının payına düşüb.

İnsider.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, son 1 ildə aqrar sektor 3,6% böyüyüb. O cümlədən bitkiçilik məhsullarının istehsalı 24,7%, heyvandarlıq məhsullarının istehsalı isə 2,8% artıb.