azerbaycana-gelen-varli-turistler-azalib

Azərbaycana gələn varlı turistlər AZALIB

Bir müddət əvvəl Azərbaycana axın edən iranlı turistlərin sayı kəskin azalıb.

İnsider.az xəbər verir ki, bunu açıqlaması zamanı Azərbaycan Turizm Assosiasiyasının prezidenti Nahid Bağırov bildirib. Onnu sözlərinə görə, xüsusilə 2016-2017-ci ildə iranlı turistlərin ölkəmizə gəlişi pik həddə çatmışdı. Amma qonşu ölkədə baş verən iqtisadi proseslər vəziyyəti dəyişib.

N.Bağırovun sözlərinə görə, İranda yerli valyutanın dəyərdən düşmasi nəinki ölkəmizə gələn iranlıların sayına, ümumiyyətlə İrandan başqa ölkələrə gedən turistlərin sayına da mənfi təsir edib.

Nahid Bağırovun sözlərinə görə, Azərbaycana gələn iranlı turistləri Ukrayna, Qazaxıstan,Türkmənistandan olan turistlər əvəz edə bilər. Onun sözlərinə görə, bu ölkələrdən xaricə səfər edən turistlərin sayı sürətlə artır: «Ona görə bu ölkələrdən olan turistləri cəlb etməklə iranlı turistlərin azalmasını kompensasiya etmək olar».

Həmçinin Nahid Bağırov bildirib ki, bir iki il öncə Azərbaycanda ərəblərin ancaq 5 ulduzlu dəbdəbəli hotellərdə qalmaq ənənəsi də pozulub. Assosiasiya rəhbərinin sözlərinə görə, artıq Azərbaycana gələn turistlərin 50% dan çoxu orta büdcəlilərdir. Ona görə də, gələn qonaqların ən çox sifariş etdikləri hotellər 3 və 4 ulduzlu mehmanxanalardır.