azerbaycan-vetendaslari-yanvar-ayindan-etibaren-merakese-e-viza-ile-sefer-ede-bilecekler

Azərbaycan vətəndaşları yanvar ayından etibarən Mərakeşə e-viza ilə səfər edə biləcəklər

Gələn ildən Azərbaycan vətəndaşları Mərakeşə elektron viza ilə səfər edə biləcəklər.

Bu barədə Mərakeşin Azərbaycandakı səfirliyi məlumat yayıb.

2023-cü il yanvarın 10-dan Azərbaycan və digər beş ölkənin vətəndaşları elektron viza almaqla Mərakeşə səfər etmək imkanı əldə edəcəklər.

Azərbaycan vətəndaşları viza üçün eyni zamanda Mərakeşin Bakıdakı səfirliyinə də müraciət edə bilərlər.

Report