“Yeni Bakı Limanı vasitəsilə Azərbaycanla Rusiya arasında sərnişin daşınmasının həyata keçirilməsi nəzərdə tutulur.”
İnsider.az xəbər verir ki, bunu “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov bildirib.
“Bununla bağlı qarşı tərəflə uzun müddət danışıqlar aparılıb. Sərnişin daşınması məqsədilə Rusiyada gəminin inşası nəzərdə tutulur. Gəmi hazır olduqdan sonra bu məsələyə baxılacaq”, - deyə o, qeyd edib.
© Report.az