azerbaycan-hokumetine-manat-xeberdarligi

Azərbaycan hökumətinə "Manat xəbərdarlığı"

Sabit məzənnə rejimi təhlükəli ola bilər. "Moody's"ə görə, sabit məzənnə rejimində şirkətlər və əhali arxayınlaşır və növbəti iqtisadi şokda böyük zərərə düşürlər

Beynəlxalq kredit reytinqi agentliyi "Moody's Investors Service" ("Moody's") Azərbaycan hökumətinə və Mərkəzi Bankına xəbərdarlıq edib.

İnsider.az-ın məlumatına görə, Agentlik Azərbaycanın reytinqini təsdiq edərək açıqlama yayıb.

Açıqlamada bildirilir ki, Manat 2015-ci ilin Dekabr ayında "üzməyə" başlamış, amma 2017-ci ilin əvvəlindən Manat ABŞ dollarına qarşı çox sabit olmuşdur.

"Moody's"in fikrincə, məzənnədə qeyri-sabitliyin olmaması sual doğurur. Çünki "üzən məzənnə" rejimi barədə Mərkəzi Bankın öhdəliyi var idi.

Moody's xəbərdarlıq edir ki, Dollar/Manat məzənnəsinin sabit qalması müəssisələr və istehlakçıların  arxayınçılığı ilə nəticələnə bilər. Məzənnənin sabitliyi uzunmüddətli səylərə ziddir və valyuta məzənnəsi iqtisadiyyat üçün “şok amartizatoru” olmalıdır (şokun təsirini azaldan). 

©Marja