azal-texire-salinmis-naxcivan-reyslerinin-yeni-cedvelini-aciqladi-foto

AZAL təxirə salınmış Naxçıvan reyslərinin yeni cədvəlini açıqladı - FOTO

“Azərbaycan Hava Yolları” aviaşirkəti (AZAL) təxirə salınmış Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslərin sərnişinlərinin daşınması üçün hazırda bütün lazımi tədbirləri görür.

AZAL-dan verilən məlumata görə, Bakı-Naxçıvan marşrutu üzrə dekabrın 17-də təxirə salınmış J2-251 (saat 07:00) və J2-253 (saat 11:50) reyslərinin sərnişinləri bu gün, dekabrın 20-də müvafiq olaraq saat 12:00 və 12:30-da yola düşəcəklər.

Bundan başqa, Naxçıvan-Bakı marşrutu üzrə dekabrın 17-də təxirə salınmış J2-252 (saat 10:20) və J2-254 (saat 15:10) reyslərinin sərnişinləri bu gün, dekabrın 20-də müvafiq olaraq saat 14:20 və 14:50-də yola düşəcəklər.

Təxirə salınmış reyslərin sərnişinləri hava limanının qeydiyyat masasına öncədən yaxınlaşmalıdırlar.

AZAL digər təxirə salınmış reyslərin sərnişinlərindən uçuşlar haqqında ən son məlumatları aviaşirkətin rəsmi sosial şəbəkə səhifələrində və kütləvi informasiya vasitələrində izləmələrini xahiş edir. Onların cədvəli tezliklə dərc olunacaq.

Bununla yanaşı, xüsusilə qeyd edirik ki, uçuşların təhlükəsizliyi məqsədilə bütün reyslər yalnız əlverişli hava şəraitində həyata keçiriləcək.