azal-in-bezi-beynelxalq-reyslerinda-muveqqeti-gecikme-yaranib

AZAL-ın bəzi beynəlxalq reyslərinda müvəqqəti gecikmə yaranıb

Respublika ərazisində davam edən əlverişsiz hava şəraiti və Naxçıvan istiqamətində uçuş cədvəlinin dəyişməsi ilə əlaqədar “Azərbaycan Hava Yolları” aviaşirkətinin bir sıra beynəlxalq reyslərinin həyata keçirilməsində müvəqqəti gecikmə yaranıb.

Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən bildirilib.

Aşağıda 23 iyuna nəzərdə tutulan uçuşların yerinə yetirilməsində dəyişikliklərin cədvəli təqdim edilib:

- Bakı-Domodedovo marşrutu üzrə saat 09:00-a planlaşdırılan AHY181/182 reysi saat 11:00-da yerinə yetiriləcək. Gecikmə 2 saat təşkil edir.

- Bakı-Praqa-Bakı marşrutu üzrə saat 07:00-a planlaşdırılan AHY109/110 reysi saat 11:00-da yerinə yetiriləcək. Gecikmə 4 saat təşkil edir.

- Bakı-Tbilisi-Bakı marşrutu üzrə saat 09:30-a planlaşdırılan AHY9223/9224 reysi saat 11:00-da yerinə yetiriləcək. Gecikmə 1,5 saat təşkil edir.

- Bakı-Antalya-Bakı marşrutu üzrə saat 14:20-a planlaşdırılan AHY125/126 reysi saat 15:50-da yerinə yetiriləcək. Gecikmə 1,5 saat təşkil edir.

Aviaşirkət uçuşların gecikməsi nəticəsində yarana biləcək narahatlığı minimuma endirmək və gözləmə zamanı sərnişinlərin rahatlığını təmin etmək üçün bütün lazımi tədbirləri görür.

Gecikmiş reyslərin sərnişinləri aviaşirkətin rəsmi sosial şəbəkə hesablarında və KİV-lərdə ən son məlumatları əldə edə, həmçinin callcenter@azal.az elektron ünvanı vasitəsilə əlaqə saxlaya bilərlər.