azal-bilet-satisini-berpa-edib-yenilenib

AZAL bilet satışını bərpa edib? - YENİLƏNİB

Məsələ ilə bağlı açıqlama verən AZAL-ın Mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib ki, aviaşirkət sentyabra qədər bilet satışını dayandırıb və o vaxta qədər satışın bərpası Nazirlər Kabineti yanında Operativ Qərargahın atacağı addımlardan asılı olacaq. 

14.48

“Azərbaycan Hava Yolları” QSC (AZAL) daxili və beynəlxalq istqamətlər üzrə uçuşlara bilet satışını bərpa edib. 

İnsider.az xəbər verir ki, bu barədə aviaşirkətin internet səhifəsinə məlumat verilib. 

Aviabiletlər bu il sentyabrın 1-dən həyata keçiriləcək reyslərə satılır. 

Xatırladaq ki, bir qədər əvvəl AZAL açıqlama yayaraq iyulun 1-nə qədər ölkənin hava limanlarının bağlı qalacağını bəyan etmişdi. 

©️ Report