azal-bakidan-sarm-el-seyxe-birbasa-ucuslar-acir

AZAL Bakıdan Şarm Əl-Şeyxə birbaşa uçuşlar açır

17 mart tarixindən etibarən Azərbaycan Hava Yolları (AZAL) "PASHA Travel" turoperatoru ilə birgə Bakıdan Şarm Əl-Şeyxə birbaşa uçuşlar açır.

İnsider.az xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.

Qeyd edilib ki, aviabiletləri AZAL-ın saytından, həm də AZAL mobil əlavəsindən, səyahət paketlərini isə “PASHA Travel” ofisindən və ya akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.