avtomobil-qiymetine-xinayaxdi-merasimleri-qiymetler-arasdirma

Avtomobil qiymətinə xınayaxdı mərasimləri - QİYMƏTLƏR + ARAŞDIRMA

Əvvəlki dövrlərdə xına məclislərinin az xərclə və sadə mərasim kimi qeyd olunmasına baxmayaraq, müasir dövrün gəncləri bu mərasimin dəbdəbəli keçirilməsinə daha çox maraq göstərir.

Bu da yeni bir biznes sahəsi kimi bir çoxlarının diqqətini cəlb edir. Təəccüblü deyil ki, artıq Azərbaycanda xına mərasiminin təşkili gəlirli bir biznes növünə çevrilib. Xına mərasimləri toy biznesinin tərkib hissəsi olmaqla dəbdəbəsinə görə heç də toylarımızdan geri qalmır.

 İnsider.az  verdiyi xəbərə görə, ənənə halını alan təntənəli xına mərasimlərinin təşkili ilə bir çox şirkət məşğul olur. 

Bu mərasimin toyu keçirən ailəyə neçəyə başa gəldiyini müəyyən etmək üçün bir neçə şirkətin təklif etdiyi qiymətləri araşdırılıb. Həmin şirkətlərin təqdim etdiyi xidmət paketlərinin məbləği aşağıdakı qiymət aralıqlarında dəyişir:


Qeyd edək ki, bu şirkətlər müştərilərə müxtəlif həcmdə xidmət paketləri təklif edirlər. Elə xidmət haqqları da həmin paketlərin həcminə uyğun olaraq dəyişir. Məsələn, ən ucuz paketlərdə adətən standart olaraq dekor, müxtəlif naxışların vurulması, sintezator, aparıcı, video çəkiliş və s. nəzərdə tutulur.

Daha bahalı paketlərə isə müğənni, musiqi ansamblı, milli geyimlər, rəqqasələr, dicey, davulçu, müxtəlif aksesuarlar, qızıl əşyaları, kəcavə, foto çəkiliş, gəlinin faytonla gətirilməsi, dronla çəkiliş və digər xidmətlər də daxil edilir. Əlavə olaraq müştərinin təkliflərinə əsasən qiymət arta və ya azala bilir. Qiymətlərin bahalı olmasında dekor və müğənni seçimi xüsusi rol oynayır. Məhşur incəsənət adamlarının aparıcılıq etdiyi mərasimlər daha baha qiymətə başa gəlir. Burda həmin aparıcının məclisdə neçə saat iştirak edəcəyi də məbləğin dəyişməsində önəmli faktordur. Bəzi şirkətlərin təqdim etdiyi qiymətlərə mərasimin hansı şəhərdə olacağı, evdə, restoranda və ya oteldə keçiriləcəyi da təsir edir.