avstraliyada-46-milyon-yanlis-kupyura-buraxilib

Avstraliyada 46 milyon yanlış kupyura buraxılıb

Avstraliya bankı orfoqrafik səhvlə 46 milyon ədəd 50 dollarlıq banknot buraxıb. İnsider.az bu barədə “ABC” teleşirkətinə istinadla xəbər verir.

Dövriyyəyə buraxılmış kupyuraların üzərində qitənin ilk qadın deputatı olan Edit Kouenin sözlərinə mikromətn şəklində verilmiş sitatda çap səhvi mövcuddur. “Responsibility” (“məsuliyyət”) sözü əvəzinə həmin yerdə “responsibilit” sözü yazılıb.

Tənzimləyici səhvini boynuna alıb və söz verib ki, növbəti tirajlarda buna düzəliş olunacaq. Çap səhvi olan kupyuralar dövriyyədə qalacaq. Bankdan bildiriblər ki, buraxılmış səhv kupyuraların həqiqiliyinə və funksionallığına təsir etmir.

50 dollar nominalında olan yenilənmiş banknot Avstraliyada ötən ilin oktyabrında tədavülə buraxılıb. O, saxta kupyuralardan təkmilləşdirilmiş qorunmaya malikdir.

Samirə Məmmədova