avrozonada-issizlik-azalib

Avrozonada işsizlik azalıb

"Eurostat" tərəfindən Bazar ertəsi günü açıqlanan məlumatlara görə, Avro Zonasında işsizlik səviyyəsi Apreldəki 7.6%-dən May ayında 7.5%-ə geriləyib.

İnsider.az xəbər verir ki, iqtisadçıların proqnozları 7.5 faiz ilə 7.7 faiz arasında dəyişirdi.

Avro Bölgəsində gənclər arasında işsizlik Mayda 15.7 faiz olub. Avropa Birliyində (AB) işsizlik nisbəti Mayda 6.3 faiz təşkil edib.

© Marja.az