avroparlament-ai-nin-avtomobil-tehlukesizliyine-dair-yeni-teleblerini-tesdiqleyib

Avroparlament Aİ-nin avtomobil təhlükəsizliyinə dair yeni tələblərini təsdiqləyib

Aprelin 16-sı Avroparlament avtonəqliyyat vasitələrinin təhlükəsizliyinə dair Avropa İttifaqının yeni tələblərini təsdiqləyib.

İnsider.az bildirir ki, bu barədə parlamentin press-relizində deyilir.

Yeni icbari təhlükəsizlik funksiyalarına daxildir:

- minik avtomobilləri, mikroavtobus, yük maşını və avtobuslar üçün: sürücünün mürgüləməsi və diqqətinin yayınmasına (məsələn, idaəretmə zamanı smartfondan istifadə) dair xəbərdarlıq sistemi, sürətin saxlanılması zamanı intellektual yardım, kamera və ya sensor vasitəsilə təhlükəsizliyin təminatı və qəza olduğu halda verilənlərin qeydiyyatçısı (“qara qutu”);

- avtomobil və mikroavtobuslar üçün hərəkət zolağının saxlanması üçün sistem, genişləndirilmiş təcili tormozlama və yeni təhlükəsizlik kəmərləri;

- yük maşınları və avtobuslar üçün: avtobus və yük avtomobilləri sürücülərinin birbaşa görmə sahəsinin təkmilləşdirilməsi və ölü zonaların aradan qaldırılmasına dair, həmçinin yol hərəkətinin, əsasən də döngələr zamanı, həssas iştirakçılarının aşkar və xəbərdarlıq edilməsi üçün avtomobilin ön və yan hissələrində sistemlərə dair əsas tələblər.

Avrokomissiya təklif edilən tədbirlərin 25 mindən çox həyatı xilas etməyə və 2038-ci ilə ən azı 140 min ciddi travmalardan qurtulmağa kömək edəcəyini gözləyirlər. Bu, Aİ-nin uzun müddətli hədəfinə, yəni 2050-ci ilə sıfır ölüm və ciddi travma səviyyəsinə, nail olmasına kömək edəcək.

Qeyd edək ki, yeni təhlükəsizlik funksiyaları, konstruksiyaların lazımi dəyişiliklərinə görə bir qədər gec tətbiq olunacaq yük avtomobilləri və avtobuslar üçün birbaşa görmə sahəsi sistemi və minik avtomobillərdə və mikroavtobuslarda mümkün baş zərbəsi zamanı genişləndirilmiş təhlükəsiz zona istisna olmaqla, 2022-ci ildən etibarən icbari olacaq.

Aİ-nin dəyərləndirməsinə görə, intellektual sürət sistemi (ISA) Aİ yollarında ölüm həddini 20% azalda bilər.

Yeni funksiyalar üçün lazım olan texnologiyaların və sistemlərin əksəriyyəti yeni modellər üçün 2022-ci ilin may ayından, 2024-cü ilin may ayından isə hazırda mövcud modellər üçün icbari olmalıdır.

Bundan başqa, yük maşınları və avtobuslar elə lahiyələndirilib hazırlanmalıdırlar ki, velosipedçi və piyadalar kimi yol hərəkətinin həssas üzvləri sürücüyə daha gözə çarpan olsun (“birbaşa görmə”).

“Birbaşa görmə” texnologiyası yeni modellərə 202-ci ilin noyabr ayından və mövcud modellərə 2028-ci ilin noyabr ayından tətbiq olunmalıdır.

Yeni qaydalar həmçinin passiv təhlükəsizlik tələblərini, kraş-testləri (ön və yan), piyada və velosipedçilərdə travmaların ağırlığını yüngülləşdirmək üçün ön şüşələrə olan tələbləri sərtləşdirir.

Samirə Məmmədova