avropa-olkesinde-azarkeslerin-stadiona-girisine-icaze-verildi-resmi

Avropa ölkəsində azarkeşlərin stadiona girişinə icazə verildi - RƏSMİ

Futbol üzrə Macarıstan çempionatında azarkeşlər oyunları stadiondan izləyə biləcəklər. 

İnsider.az xəbər verir ki, bu barədə Macarıstan Futbol Federasiyasının rəsmi saytında məlumat yayılıb. Məlumata əsasən, azarkeşlər müəyyən olunmuş qaydalara əsasən tribunalarda yer alacaqlar. 

Hər oturacağın arasında üç boş yer saxlanılmalı, həmçinin azarkeşlərin arxasında və önündə heç kəs oturmamalıdır. Fanatların matçlar zamanı tribunlarda əyləşməsinə klublar qərar verəcək. 

Qeyd edək ki, koronavirus pandemiyasına görə dayandırılan Macarıstan çempionatı mayın 23-də bərpa olunub. 

Report