avromed-company-qsc-adindan-beyanat

“Avromed Company” QSC adından bəyanat

Şirkət mətbuatda dərc olunan xəbərlərə aydınlıq gətirərək, söylənənləri təkzib edib.

Bəzi kütləvi informasiya vasitələrində  “Vita Aptekləri” MMC -nin “Avromed Company” QSC-yə aid olması və 17 manatlıq "Truksal" preparatının 37 manata satılmasına dair xəbərlərlə əlaqədar bildirmək istərdik ki, “Vita Aptekləri” MMC -nin hüquqi cəhətdən “Avromed Company” QSC ilə heç bir əlaqəsi yoxdur.

Sözügedən dərman preparatı "Truksal" “Vita Aptekləri” MMC tərəfindən Tarif Şurasının təsdiq etdiyi qiymətlə satılır. Həmin preparatın Tarif Şurası tərəfindən təsdiqlənmiş qiyməti isə 37 manatdır.

Bildiyiniz kimi, Tarif şurasının qərarı ilə dərman preparatlarının qiymətləri vaxtaşırı dəyişir. “Avromed Company” QSC Tarif Şurasının "Truksal" preparatı üçün təyin etdiyi qiyməti aşağıdakı cədvəldə təqdim edir.

Qeyd edək ki, “Avromed Company” QSC istehsalçılardan alınan dərmanları aptek şəbəkələrinə və klinikalara Tarif Şurasının təyin etdiyi topdansatış qiymətlərlə satır.

 

“Avromed Company” QSC ölkənin iri əczaçılıq şirkətlərindən biridir. Şirkət 22 ildən çoxdur ki, bazarda fəaliyyət göstərir.