avro-daha-da-bahalasdi-resmi-mezenneler

Avro daha da bahalaşdı - RƏSMİ MƏZƏNNƏLƏR

2019-cu ilin iyun ayının 10-na Mərkəzi Bankın açıqladığı rəsmi dollar/manat məzənnəsi iyunun 7-i ilə müqayisədə dəyişməyərək 1,7000 manat olub, avro/manat məzənnəsi 1.9223 manata qalxıb, rubl/manat məzənnəsi isə 0,0262 manatda qalıb.

1 türk lirəsi isə 0,2906 manata geriləyib.

Bu barədə İnsider.az-a Mərkəzi Bankdan bildirilib.

İyunun 7-də rəsmi olaraq 1 dollar 1,7000 manata, 1 avro 1.9155 manata, 1 rubl 0,0262 manata, 1 türk lirəsi isə 0,2929 manata bərabər idi.