avro-1-13-dollara-kimi-ucuzlasa-biler

Avro 1.13 dollara kimi ucuzlaşa bilər

Avropada siyasi risklərin yenidən artması, beynəlxalq birjalarda avronun ucuzlaşmasına səbəb olub. Dolların bahalaşması, qızılı da ucuzlaşdırır.

Inisder.az "Marja"-ya istinadla bildirir ki, Avropa parlamentində komissiya sədrliyinə namizəd fonunda razılığın uzanması, institusional böhranın artmasına işarədir. Bu dünya birjalarında dollara olan tələbin də yenidən artmasına səbəb olub.

Təhlillərə əsasən, EUR/USD məzənnəsi 1.1300$-a kimi ucuzlaşa bilər. Əlvan metallar bazarlarında da qızılda ucuzlaşma müşahidə edilir və bir unsiya üzrə qiymət 1375$-a kimi dəyər itirə bilər.