apple-mehkemeye-verilib

“Apple” məhkəməyə verilib

Avstraliyanın Melburn şəhərinin sakini yanmış "iPhone" smartfonuna görə ABŞ-ın "Apple" şirkətini məhkəməyə verib. Bu barədə yerli "Seven News" nəşrinin məlumatında deyilir.

Alim Robert De Rouz İT nəhənginə qarşı iddia qaldırmaq üçün hüquqşünaslara müraciət edib. Mübahisə predmeti De Rouzun şalvarının cibində yanan "iPhone Xs" modeli olacaq. O bildirib ki, bud nahiyəsində ağrı hiss etdikdən sonra gurultulu səs və fışıltı eşidib: "Mən atıldım və dərhal telefonumun yandığını başa düşdüm", – alim qeyd edib.

De Rouz qurğunu tez cibdən çıxararaq onu yerə atmağa çalışıb. İnsidentdən sonra onda ikinci dərəcəli yanıqlar qeydə alınıb, eləcə də geyimi zədələnib. "Hər yer kül idi, ayağımın dərisi soyulmuşdu", – zərərçəkmiş vurğulayıb. Qurğu 2019-cu ildə yanıb, lakin De Rouzun sözlərinə görə, "Apple" şirkəti ona edilən müraciətdən sonra baş verən hadisəni müzakirə etməkdən imtina edib.

"iPhone Xs" istifadəçisinin iddiası ilə "Carbone Lawyers" hüquq şirkəti məşğul olacaq. De Rouz deyib ki, "Apple" tərəfindən reaksiyanın verilməməsindən hiddətlənib və kompensasiya almaq və ABŞ brendinin milyonlarla smartfon sahibini mümkün təhlükə barədə xəbərdar etmək niyyətindədir.

Hüquq şirkətinin nümayəndəsi jurnalistlərə bildirib ki, məhkəmə tərəfindən De Rouzun işindən başqa ABŞ korporasiyasının texnikasından istifadə edən digər istifadəçinin iddiasına baxılacaq. Bir müddət əvvəl "Carbone Lawyers" şirkətinə "Apple Watch" saatının yanaraq ziyan vurduğu Melburn sakini müraciət edib.

"Apple" nümayəndəsi bəyan edib ki, şirkət istifadəçilərin təhlükəsizliyinə ciddi yanaşır. Korporasiya hüquqşünasları artıq smartfon və saat sahibinin iddiaları ilə tanış olublar.

ICTnews