“Apple” “iPhone” və “iPad” üçün tətbiqlərin tərtibatçılarından “Sign in with Apple” (““Apple” üzərindən daxil olmaq”) düyməsini “Google” və “Facebook”-un anoloji düymələrinin üstündə yerləşdirməyi xahiş edəcək. İnsider.az bunu “Reuters”-ə istinadla xəbər verir.
Şirkət hesab edir ki, bu, ona rəqibləri qarşısında üstünlük verəcək. Agentliyin yazdığına görə, istifadəçilər çox vaxt ya ən yuxarıdakı opsiyanı və ya avtomatik qoyulmuş opsiyanı seçirlər.
Xatırladaq ki, “Apple” avtorizasiya üçün yeni düyməsini bu bazar ertəsi, iyunun 3-də təqdim edib.
Samirə Məmmədova