amerika-raketinin-qaliqlari-yer-uzune-duse-biler

Amerika raketinin qalıqları Yer üzünə düşə bilər

ABŞ hərbçiləri 10 il əvvəl buraxılmış “Atlas V” raketinin bir neçə olduqca iri fraqmentinin tədricən “orbitdən çıxdığını” bildirib.

İnsider.az ABŞ-ın “CNBС” telekanalına istinadla bildirir ki, hərbçilər bu iri fraqmentlərin insanlara ciddi zərər verə biləcəyini söyləyiblər. Qəzetin məlumatına görə, onların ölçüləri atmosferin sıx qatlarını keçib insanların başlarına düşməsi üçün kifayət qədər böyükdürlər.

Bu raket hələ 2009-cu ildə buraxılmışdı, lakin tam dağılmamışdı. Xəbər verilir ki, söhbət ikinci pillədən gedir, hansı ki, naməlum səbəblərə görə 10 il ərzində orbitdən “düşməyib”.

Qeyd olunur ki, hazırda Yer ətrafında müxtəlif orbitlərdə tədqiqat layihələrindən tutmuş pilotlanmış gəmilərin uçuşuna qədər kosmik missiyalara maneə törədəcək 12 min iri kosmik apparatı fraqmentləri fırlanır. Kosmik zibil siyahısına daxil edilmiş ümumi apparat sayı 500 minə yaxınlaşır.

Samirə Məmmədova