“Amazon” Amerika alıcılarının öz baxdıqları saytlara olan girişlərini şirkətə verməyə razı olduqları təqdirdə, “Prime Day” (riteylerin illik qızğın satışı) vaxtı onlara 10 dollarlıq endirim təklif edib. İnsider.az bu barədə “Reuters”-ə istinadla məlumat verir.
Bunun üçün “Amazon Assistant”-ın yeni istifadəçisi olmaq lazımdır. Bu brauzer üçün olan tətbiq “Amazon”-dakı malları digər internet-mağazalardakı mallarla müqayisə etməyə kömək edir. Tətbiq ziyarət edilən saytlar haqda məlumata giriş istəyir. Agentliyin qeyd etdiyinə görə, “Amazon” bu məlumatları təkcə köməkçinin işləməsinin deyil, həm də öz digər məhsul və xidmətlərinin yaxşılaşdırılması üçün istifadə edə bilər.
Qeyri-kommersiya fondu olan “Electronic Frontier”-in texnoloqu Bennet Sayfersin sözlərinə görə, ABŞ-da şirkətin bu məlumatları necə işlədəcəyinə dair məhdudiyyətlər yoxdur.
“Amazon”-da isə istifadəçi verilənlərinin konfidensiallığının qeydinə qaldıqlarını bildiriblər. Agentliyin qeyd etdiyinə görə, hazırda “Amazon Assistant”-dan “Google Chrome” və “Mozilla Firefox”-da 7 milyondan çox insan istifadə edir.
Samirə Məmmədova