alimler-piylenmenin-esas-sebebini-aciqladilar

Alimlər piylənmənin əsas səbəbini açıqladılar

Daremdəki Dyuk Universitetinin alimləri müəyyən ediblər ki, insanlarda piylənmənin ağır formalarına adi otaq (ofis) tozu səbəb olur. İnsider.az bunu "ScienceDaily"-yə istinadla bildirir.

Tozun mikroorqanizmlər və kanserogenlər üzrə analizi göstərib ki, adi məkanda piy hüceyrələrinin artmasına birbaşa, yaxud dolayı yolla səbəb olan minimum 70 kimyəvi maddə var. Bioloqlar sübut edib ki, bu maddələr nəinki hüceyrələrin artımını aktivləşdirir, hətta maddələr mübadiləsinin pozulmasına gətirib çıxarır.

Bu cür hüceyrələrin yığılması insanlara tez arıqlamağa imkan vermir. Tədqiqatçılar müəyyən ediblər ki, ofis və ev tozundakı “mini-kanserogenlər” endokrin sisteminin işləməsini yığılma effekti üzərindən poza bilər. Mədəaltı vəzdən başqa bu mikrozərrəciklər beyindəki həzz mərkəzlərinə də təsir göstərə bilir. Beləliklə, alimlərin qeyd etdiyi kimi, insanda “kəskin” aclıq hissi və daim normadan artıq qidalanmaya ehtiyac yaranır.

Samirə Məmmədova