alibab-nin-sahibi-satislardan-memnun-deyil

"Alibab"-nın sahibi satışlardan məmnun deyil

"Alibaba"nın qurucusu Cekk Ma "Subaylar Günü" satışlarından məmnun deyil

Çinin nəhəng elektron ticarət şirkəti "Alibaba"nın qurucusu Cek Ma "Subaylar Günü" satışlarının onun məmnun etmədiyini bildirib. O, satışların proqnozundan aşağı olduğunu deyib. 

İnsider.az xəbər verir ki, Ma, satışların özünün proqnozundan aşağı olmasına isti havanı və Bazar ertəsi olmasını səbəb göstərib.

"Subaylar Günü" 24 saat davam edən və minlərlə məhsulda böyük endirimlərin olduğu bir alış-veriş festivalıdır. "Alibaba" 11 Noyabr "Subaylar Günü"ndə 38,3 milyard dollarlıq satışla rekord qırmışdı. Ancak satış rekordu qırılmasına baxmayaraq Manın gözləntisini qarşılamayıb.

Bir Konqresdə danışan Ma, "Bunun bir neçə səbəbi var, biri havanın çox isti olmasıdır. Paltarlar hava soyuq olduğunda daha yaxşı satır. Digər səbəbi də Subaylar Gününün Bazar ertəsi gününə təsadüf etməsidir",- deyib.

Marja