agentlik-yaxin-zamanlarda-susaya-turist-seferleri-baslayacaq

Agentlik: Yaxın zamanlarda Şuşaya turist səfərləri başlayacaq

"Yaxın günlərdə Şuşaya turist səfərlərinin başlaması üçün işlərimizi yekunlaşdırmaq üzrəyik".

Bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev "Azərbaycan Turizm Sammiti 2022"də çıxışı zamanı deyib.

O bildirib ki, məqsəd Qarabağı turizm destinasiyası kimi tanıtmaqdır:

"Hazırda işğaldan azad olunan ərazilərimizin turizm potensialının qiymətləndirilməsi üçün işlər davam etdirilir".

APA