abs-konqresi-libra-nin-hazirlanmasi-ucun-fasile-istedi

ABŞ Konqresi “Libra”nın hazırlanması üçün fasilə istədi

ABŞ Konqresinin üzvləri, şirkətin nəticələrini araşdırmaq üçün daha çox vaxta ehtiyacları olduğunu bildirərək “Facebook”dan “Libra” prosesinə fasilə verməsini istəyib.

İnsider.az xəbər verir ki,  maliyyə xidmətləri komitəsinin sədri, konqresmen Maxine Water və alt komitə sədrləri yazdıqları məktubda, “Facebook”dan prosesləri dərhal dayandırmasını istəyiblər. Məktubda, "Facebook hazırda dünya əhalisinin dörddə birinin istifadə etdiyi bir platformadır. Facebook və tərəfdaşlarının, bu məsələ ilə bağlı araşdırma başa çatana qədər prosesləri dayandırmaları vacibdir. “Libra”nın riskləri və faydaları haqqında hökumətlə açıq müzakirələr aparmağı  və hüquqi həll yollarını araşdırmağı planlaşdırırıq",- ifadəsi istifadə edilib.

ABŞ Konqresi 17 iyulda “Libra”nı müzakirə etmək üçün bir toplantı keçirəcək.

©Marja