abs-in-ilk-qadin-maliyye-naziri-and-icerek-vezifesine-basladi

ABŞ-ın ilk qadın maliyyə naziri and içərək vəzifəsinə başladı

ABŞ Prezidenti Joe Bidenin maliyyə naziri namizədi Janet Yellen, Senatdan aldığı təsdiqin ardından and içərək vəzifəsinə başlayıb.

İnsider.az xəbər verir ki, Yellen, ABŞ Maliyyə Nazirliyinin 231 illik tarixində ilk qadın nazir olaraq tarixə düşüb.

Təcrübəli bir iqtisadçı olan Yellen, 2014-cü ildə Fed-in ilk qadın sədri olmuşdur. Keçmiş ABŞ Prezidenti Donald Trampın Yelleni yenidən Fed sədri olmağa namizəd göstərməməsilə söz mövzusu vəzifəyə 2018-də Jerome Powell təyin edilmişdir.

Yellenin maliyyə naziri vəzifəsində xüsusi katibəsi Türk əslli Didem Nişançı olacaq.

Marja