abs-husilerin-pua-larini-mehv-edib

ABŞ husilərin PUA-larını məhv edib

ABŞ Yəmənin “Ənsar Allah” (husilər) hərəkatının üsyançılarına məxsus dörd pilotsuz uçuş aparatını (PUA) məhv edib.

Bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

“ABŞ Mərkəzi Komandanlığı iki gündə İranın dəstəklədiyi husi terrorçuları tərəfindən Yəməndən buraxılan dörd PUA-nı məhv edib”, - deyə komandanlığın sosial şəbəkə hesabında bildirilib.

CENTCOM qeyd edib ki, PUA-lar koalisiya gəmisini və ABŞ hərbi gəmisini hədəfə alıb. ABŞ və ya koalisiya gəmilərinə heç bir ziyan dəyməyib.

Oxu.Az