abs-da-ilk-defe-dronla-baglama-catdirilmasina-icaze-verildi

ABŞ-da ilk dəfə dronla bağlama çatdırılmasına icazə verildi

Birləşmiş Ştatlar ərazisində ilk dəfə dronla bağlama çatdırılmasına icazə verilib. İcazə “Google Alphabet”-in törəmə müəssisəsi olan “Wing” şirkəti tərəfindən alınıb.

İnsider.az bu barədə “The Washington Post”-a istinadla bildirir.

Dron vasitəsilə çatdırılma Amerikanın Virciniya ştatında artıq bir neçə ay sonra başlayacaq. İcazə ölkənin Mülki Aviasiyanın Federal İdarəsi (FAA) tərəfindən verilib.

Sənədi almaq və işə başlamaq üçün şirkət, adətən, ənənəvi aviaşirkətlərə irəli sürülən tələbləri icra etməyə məcbur oldu.

Samirə Məmmədova