abs-azerbaycanli-fermerlere-yeni-bazarlara-cixmaq-ucun-komek-ede-biler

ABŞ azərbaycanlı fermerlərə yeni bazarlara çıxmaq üçün kömək edə bilər

“Azərbaycanlı fermerlərə yeni bazarları, o cümlədən Qərbi Avropada, eləcə də ABŞ-da bazarları araşdırmağa kömək edə bilərik".

İnsider.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Örl Litsenberqer Bakıda keçirilən 13-cü Azərbaycan Kənd Təsərrüfatı Sərgisi (Caspian Agro 2019) çərçivəsində deyib.

"Tədbirdə iştirak etməkdən çox məmnunam. ABŞ-ın bu sərgidə iştirakını görməkdən məmnunam. Hesab edirəm ki, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi üzrə səylərin bir hissəsi kimi ölkəyə kənd təsərrüfatı sektorunun inkişafında kömək etmək üçün ABŞ-ın böyük potensialı var", - o bildirib.

Səfir, həmçinin qeyd edib ki, ABŞ bu sahənin məhsuldarlığının artırılmasına yardım edə bilər.

©"Report"