abad-azteminatli-ailelerin-usaqlarina-destek-oldu-foto

ABAD aztəminatlı ailələrin uşaqlarına dəstək oldu - FOTO

Azərbaycanın aparıcı korporativ bankı “PAŞA Bank”ın sponsorluğu, “ABAD” publik hüquqi şəxs və “ASAN Könüllüləri”nin təşkilatçılığı ilə “ASAN Məktub” sosial proqramı çərçivəsində uşaq evlərində yaşayan uşaqlar və aztəminatlı ailələrin uşaqlarına ABADçı istehsalı olan antiseptik vasitələrin verilməsi məqsədi ilə sosial layihə həyata keçirilib.

Bu barədə İnsider.az-a ABAD-dan məlumat verilib.

Bildirilib ki, layihənin təşkilatçıları uşaqların diqqətini sağlamlığın gücləndirilməsi və gigiyena qaydalarına riayət etmənin vacibliyi kimi məqamlara yönəldilib.



Layihə çərçivəsində  Bakıda və regionlarda yaşayan 550-dən çox uşaq “ABAD” antiseptikləri ilə təmin olunub. Layihə iştirakçıları tərəfindən təqdim olunan antiseptik vasitələr ABAD-ın dəstəyi ilə kiçik sahibkar ailə tərəfindən istehsal edilib.