845-milyard-dollarliq-ucus

845 milyard dollarlıq "uçuş"

Beynəlxalq Hava Yolu Daşıyıcıları Birliyinin (İATA) məlumatına görə, ötən il sərnişinlər hava yolları üçün aldığı biletlərə 845 milyard dollar xərcləyiblər. 

İnsider.az xəbər verir ki, ötən il hava yollarından istifadə edən sərnişinlərin sayı 4 milyard 378 milyon olub.

Təyyarə bileti üçün (gediş-gəliş) adambaşına orta hesabla 327 dollar xərclənib. Bu rəqəm 2017-ci ildə 345 dollar idi. 2019-cu il üçün proqnoz 317 dollardır. Yəni aviasiya sektoru böyüsə də, bilet qiymətləri düşür. 

©Marja