45-min-jim-beam-viski-susesi-yanginda-mehv-oldu

45 min “Jim Beam” viski şüşəsi yanğında məhv oldu

ABŞ-ın Kentukki ştatında alkoqol içkiləri istehsalçısı olan “Jim Beam”-in anbarlarında yanğın baş verib. İnsider.az bu barədə xəbəri “Bloomberg”-ə istinadla çatdırır.

Yanğın nəticəsində ümumi həcmi 7 milyon litri keçən 45 min burbon şüşəsi yanıb.

Yanğın iyunun 3-ə keçən gecə iki anbarda başlayıb və növbəti gün söndürülüb. Alışmanın dəqiq səbəbi təyin olunmayıb – ilkin versiyaya görə, yanğına şimşək çaxması səbəb olub.

Şirkətdən isə bildiriblər ki, “nisbətən təzə viski” yanıb, ona görə də alıcılar üçüb məhsulun əlçatanlığına insident təsir etməyəcək. Dəymiş zərərin məbləği açıqlanmır, lakin “Bloomberg”-in hesablamalarına görə, çox güman, yanğın 90 milyondan 300 milyon dollara qədər məbləğdə olan malı məhv edib.

Qeyd edək ki, “Jim Beam” ümumi olaraq, Kentukkidə təxminən 3,3 milyon çəllək tutan 126 anbara saibdir. Beləliklə, itkilər ştatda qorunan bütün məhsulun təxminən 1,4%-i təşkil ediblər.

Samirə Məmmədova