xocahesen-lokbatan-avtomobil-yolunda-hereket-mehdudlasdirilir

Xocahəsən-Lökbatan avtomobil yolunda hərəkət məhdudlaşdırılır

Aparılan təmir işləri ilə əlaqədar olaraq sabah səhər saatlarından Xocahəsən-Lökbatan avtomobil yolunun “Meyvəli” ticarət mərkəzinin qarşısından Xocahəsən qəsəbəsinədək olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

İnsider.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Məlumatda deyilir ki, məhdudiyyət təmir işləri bitənə qədər qüvvədə olacaq. Sürücülər alternativ olaraq Bakı-Dairəvi 1 avtomobil yolundan istifadə edə bilərlər.